Ən son xəbərlər
Tender 1 lot üzrə keçirilir.
Lot-1. Kompüter təminatı üçün malların satınalınması.
Maraqlananlar lot üçün 400 (dörd yüz) manat məbləğdə tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər:
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” Publik Hüquqi Şəxs
VÖEN: 1201884591
Bankın adı: “Azər-Türk Bank” ASC-nin Bakı filialı
VÖEN: 9900006111
Kod: 504476
M/h: AZ02NABZ01350100000000022944
İBAN: AZ16AZRT38050019440033581003
SWIFT BIK AZRTAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün aşağıdakı sənədləri rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (zərflər açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 2 faizi həcmində təklifin bank təminatı (zərflər açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat;
-malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-son bir ildəki maliyyə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş bəyannamənin surəti;
-sənədlər təqdim olunan tarixə DSMF- yə verilmiş hesabatın surəti və DSMF-yə borcun olub - olmaması barədə arayış;
-məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;
-son bir ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.
Malgöndərənlər (podratçılar) 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 12 noyabr 2018-ci il saat 17.00-dək tender komissiyasına təqdim etməlidirlər.
Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs G.Məhərrəmovaya (telefon 012-598-42-19) müraciət edə bilərlər.
İddiaçılar tender təklifini və təklifin bank təminatını imzalanmış, möhürlənmiş, ikiqar bağlanmış zərfdə 20 noyabr 2018-ci il saat 17.00-dək Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 21 noyabr 2018-ci il saat 11.00-da müfəttişliyin kiçik iclas zalında açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun keçiriləcəkdir.
Tender komissiyası
Köhnə versiyamızdan xəbərləri izlə