Ən son xəbərlər
Azərbaycan yığma komandasının futbolçuları Millətlər Liqası turnirində növbəti görüş keçirmək üçün bu gün Farer adalarına yola düşürlər.
Liqanın “D” divizionunun 3-cü qrupunda çıxış edən bu iki ölkə komandaları oktyabrın 11-də Torshavn şəhərində qarşılaşacaqlar.
Farer adaları – Azərbaycan matçı ərəfəsində iki turdan sonra meydan sahiblərinin 3, qonaqların 2 xalı var. Bu görüş Kosovo və Malta komandalarının da daxil olduğu qrupda birincilik uğrunda mübarizədə hər iki rəqib üçün mühüm əhəmiyyət kəsb edir.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə