Ən son xəbərlər
Uzunmüddətli aktivlər |
2019 – cu il |
2018 –ci il |
Qeyri-maddi aktivlər |
1493734 |
1623751 |
Sair uzunmüddətli aktivlər |
|
66428 |
Cəmi uzunmüddətli aktivlər |
1493734 |
1690179 |
Qısamüddətli debitor borcları |
1639 |
|
Pul vəsaitləri və onların ekvivalentləri |
15779 |
31298 |
Sair qısamüddətli maliyyə aktivləri |
17418 |
32385 |
Cəmi qısamüddətlı aktivlər |
1511152 |
1722564 |
Kapital |
1286464 |
1286464 |
Kapital ehtiyatları |
5776 |
|
Bölüşdürülməmiş mənfəət |
161193 |
378442 |
Cəmi kapital |
1453433 |
1644906 |
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər |
16246 |
29930 |
Sair qısamüddətli öhdəliklər |
41473 |
27728 |
Cəmi qısamüddətlı öhdəliklər |
57719 |
57658 |
Cəmi kapital və öhdəliklər |
1511152 |
1722564 |
Mənfəət və zərər haqqında hesabat
Əsas əməliyyat gəliri |
787728 |
869368 |
Amortizasiya xərcləri |
130016 |
134471 |
Sair əməliyyat xərcləri |
456221 |
412902 |
Fəaliyyətin dayandırılmasından yaranan mənfəətlər (zərərlər) |
201491 |
321995 |
Asılı və birgə mənfəətlərində (zərəri) pay |
161193 |
257596 |
Mənfəət vergisi |
40298 |
64399 |
“AZAQROTREYD” ASC –nin rəhbərliyinə
Rəy
Biz 6 mart 2020-ci il tarixli AK 07/20 saylı müqaviləyə əsasən “AZAQROTREYD” ASC-nin (bundan sonra cəmiyyət) 2019-cu il dekabrın 31-nə əlavə edilən maliyyə vəziyyəti haqqında hesabatının və bu tarixdə bitən il üzrə müvafiq maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatının, pul vəsaitlərinin hərəkəti və iştirakçı kapitalında dəyişikliklər hesabatlarının auditini apardıq.
Bizim rəyimizcə, maliyyə hesabatlarına aid qeydlərdə göstərilənlərin maliyyə hesabatlarına təsiri istisna olmaqla (əgər olarsa), əlavə edilən maliyyə hesabatları bütün mühüm aspektlər baxımından cəmiyyətin 2019-cu il dekabrın 31-nə maliyyə vəziyyəti və eləcə də, müvafiq olaraq başa çatmış il üzrə maliyyə nəticələri və nağd pul axını barədə düzgün və ədalətli təsəvvür yaradır.
Rəy üçün əsaslar
Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS-lara) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid etik normaların tələblərinə uyğun olaraq cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Bizcə, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.
Fəaliyyətin fasiləsizliyinə aid əhəmiyyətli qeyri-müəyyənlik
Biz diqqəti cəmiyyətin maliyyə hesabatlarına aid izahedici qeydlərində olan koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələrilə bağlı şirkətin fəaliyyətinin davam etdirilməsinə aid qeyri-müəyyənlik faktorlarına yönəltmək istərdik. İzahedici qeydlərdə hazırki şəraitdə cəmiyyətin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olması göstərilmişdir. Bu şəraitlə əlaqədar biz öz mülahizələrimizə dəyişikliklər etməmişik.
Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti
Rəhbərlik maliyyə hesabatlarının beynəlxalq maliyyə hesabatları standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə rəhbərlik məsuliyyət daşıyır.
Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.
Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına aid kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun olaraq aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq istifadəçilərin maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmək ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.
“Analitik Audit Konsaltinq” MMC-nin direktoru Qurbanov A. Ş.
5 may 2020-ci il Bakı, Azərbaycan Respublikası
Köhnə versiyamızdan xəbərləri izlə