Ən son xəbərlər
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aşağıda göstərilən lotlar üzrə tender təkliflərini etender.gov.az elektron portalında yerləşdirsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları nəzərə almalıdırlar.
Lot-1.030099 xərc maddəsi üzrə dəftərxana və təsərrüfat xərclərinin satın alınması.
Lot-2.030100 xərc maddəsi üzrə maşın və avadanlıqların satın alınması.
İşlərin yerinə yetirilməsi 2020-ci ilin sonunadək nəzərdə tutulur.
Tenderdə iştirak etmək istəyənlər Lot-1 üçün 50 manat və Lot-2 üçün isə 100 manat məbləğdə iştirak haqqını sifarişçinin bankdakı hesablaşma hesabına köçürdükdən sonra etender.gov.az elektron portalından tenderin əsas şərtlər toplusunu ala bilərlər. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.Tender sənədləri üçün köçürülmüş vəsait geri qaytarılmır. İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:
Təşkilat- GƏNCƏ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ
VÖEN- 2300571241
H/h- AZ24CTRE00000000000002510631
Dövlət Xəzinədarlığı Agentliyi
Kod - 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ01360100000000003944
S.W.I.F.Bik- AZRTAZ22
Ödəniş sənədlərində məqsədli maliyyələşmə olması göstərilməlidir.
Tenderdə iştirak etmək istəyənlər 24 avqust 2020-ci il saat 18.00-dək aşağıdakı sənədləri etender.gov.az elektron portalında yerləşdirməlidirlər:
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında son 1 maliyyə ili nəzərdə tutulan arayış;
-son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanından arayış;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən son 1 maliyyə ili nəzərdə tutulmaqla təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının rəsmi blankında təqdim olunmuş bank rekvizitləri və ünvanı;
-qeydiyyatdan keçdiyi ölkə (reysterdən cıxarış);
-nizamnamə ;
-analojı işlərin yerinə yetirilməsinə aid iddiaçıların potensial imkanları haqqında məlumat (maddi-texniki baza, avadanlıq, işçi qüvvəsi və s.).
Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul edilməyəcəkdir.
Tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır.
Tender təklifinin təminatı zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.
İddiaçılar tender təkliflərini 1 sentyabr 2020-ci il saat 18.00-a qədər etender.gov.az elektron portalında yerləşdirməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan sənədlər qəbul edilməyəcəkdir.
Tender proseduru 2 sentyabr 2020-ci il saat 18.00-da etender.gov.az elektron portalında keçiriləcəkdir.
Tenderlə əlaqədar məlumat almaq üçün etender.gov.az [email protected] elektron portalına və ya əlaqələndirici şəxsə müraciət etmək olar.
Əlaqələndirici şəxs- Məlahət Salahova, telefon- (+99422) 256-10-39.
Köhnə versiyamızdan xəbərləri izlə