Ən son xəbərlər
– Dinşünaslıq kafedrasının müdiri.
Namizəd qarşısında qoyulan tələblər :
Kafedra müdiri vəzifəsinin tutulması üçün müsabiqədə iştirak edən vətəndaş aşağıdakılara malik olmalıdır:
- kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına;
- elmi ad və elmi dərəcəyə;
- ən azı 5 il elmi-pedaqoji təcrübəyə.
Müsabiqədə iştirak etmək istəyənlər ərizə ilə institutun rektoruna müraciət edirlər.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
• kadrlar uçotunun şəxsi vərəqəsi;
• tərcümeyi-hal;
• ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
• elmi və elmi-metodiki işlərin siyahısı;
• kafedranın gələcək inkişafı ilə bağlı namizədin platforması.
Sənədlər elan dərc olunduqdan sonra 1 (bir) ay müddətində qəbul edilir.
Qeyd- namizədlərin göstəriciləri vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti pozulduqda sənədlərin qəbulundan imtina olunur.
Müsabiqənin keçirilmə müddəti (1 aydır) 2020-ci il sentyabr ayının 5-dən oktyabr ayının 4-dək (hər iki tarix daxil olmaqla).
Ünvan-Bakı, Əhməd Cəmil küçəsi 41/A.
Əlaqə nömrəsi-(+99412) 510 65 45.
Köhnə versiyamızdan xəbərləri izlə