Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət Neft Fondu kotirovka sorğusu elan edir

Lot -1. Ümumi təyinatlı (inzibati işçilər üçün) işçi geyimlərinin satınalınması.
Lot -2.Xüsusi təyinatlı (təhlükəsizlik işçiləri üçün) işçi geyimlərinin satınalınması.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 22 oktyabr 2018-ci il saat 18 .00-dan gec olmamaq şərti ilə Bakı şəhəri, Heydər Əliyev prospekti, 165 nömrəli ünvana təqdim etməlidirlər. Təklif olunan qiymət kotirovkaları malların (işlərin, xidmətlərin) qiymət dəyərindən başqa bütün vergi və rüsumalar, nəqliyyat və digər xərclər nəzərə alınmaqla göstərilməlidir.
Hər bir iddiaçı yalnız bir qiymət kotirovkası təqdim edə bilər və onun öz kotirovkasını dəyişməsinə icazə verilmir. 
Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri tender komissiyası tərəfindən qəbul olunmur və açılmadan geri qaytarılacaqdır.
Tələb olunan mallara (işlərə, xidmətlərə) ən aşağı qiymət kotirovkası təqdim etmiş iddiaçı ilə satınalma müqaviləsi bağlanacaqdır.
 Kotirovka təklifləri Bakı şəhəri, Heydər Əliyev prospekti 165 nömrəli ünvanda 23 oktyabr 2018-ci il saat 11 .00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
Kotirovka sorğusu ilə əlaqədar suallar [email protected] ünvanlı elektron poçta göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 əlaqələndirici şəxs lot -1 üzrə Əli Rzayev(dax.: 1205), Lot- 2 üzrə Nailə Məmmədli (dax.: 9005), hüquqi məsələlər üzrə Fatimə Səlimli (dax.: 8025)

Tender komissiyası

9 Oktyabr 2018 12:17 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə