Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XİN Elmar Məmmədyarovla Mnatsakanyanın görüşəcəyini təsdiq edib

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın növbəti görüşü bu ilin sonuna planlaşdırılır.

Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

L.Abdullayeva qeyd edib ki, bu ilin 26 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə baş tutan görüşündən sonra həmsədrlər tərəfindən verilmiş açıqlamada da qeyd edildiyi kimi, həmsədrlərin yaxın zamanda bölgəyə səfərinin həyata keçirilməsi və cari ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün keçirilməsi nəzərdə tutulur.

Görüşün detalları diplomatik kanallar vasitəsilə razılaşdırılır.

8 Oktyabr 2018 14:33 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə