Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Almaz-Antey” “S-500” raket kompleksi üzərində çalışır

Rusiyalı mütəxəssislər yeni “S-500” raket kompleksi üzərində çalışır. Bu barədə Rusiyanın “Almaz-Antey” Hava və Kosmik Hücumdan Müdafiə Konserninin rəhbəri Yan Novikov açıqlama verib.
O deyib: “Bu gün dünyada həm hücum, həm də əks-hücum sahəsində ən güclü texnologiyalardan istifadə olunur. Yeni komplekslərimizi hazırlamaqda məqsədimiz daha uzaq mənzilli hədəfləri vurmaq deyil. 500 kilometr məsafədə müdafiə kifayətdir. Hədəfləri daha effektiv və başqa üsullarla vuracağıq. Lakin bu barədə açıqlama verə bilmərəm”.
Qeyd edək ki, artıq yaxın zamanlarda Rusiya yeni “S-500” raket komplekslərinin istehsalına başlayacaq.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

6 Oktyabr 2018 22:13 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə