Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Qazax rayonunda 100 çarpayılıq psixiatriya xəstəxanasının tikintisinin geoloji-mühəndisi işləri, layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçiriləcəkdir.

Lot-1. Qazax rayonun­da 100 çarpayılıq psixiatriya xəstəxanasının tikintisinin geoloji-mühəndisi işləri, layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti işlərinin satın alın­ması.

Tender iddiaçılarına təklif edilir ki, dövlət satınalmalarının www. etender.gov.az vahid internet porta­lına (portal) elektron imza vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə etsinlər.

İddiaçılar 200 (iki yüz) manat məbləğdə iştirak haqqını “Asan ödəniş” sisteminə nağdsız ödəniş etməklə tender sənədləri və təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşılığını və son 3 (üç) ili əks etdirən maliyyə hesabatları və son ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- layihələr tibb müəssisələrində sanitariya-epidemiloji tələblərə və qaydalara uyğun hesablanmalıdır;

- layihələr yüksək səviyyəli dizayn və memarlıq üslubu ilə ha­zırlanmalıdır;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri (hüquqi sənədlərin surəti notarial qaydada təsdiq olmalıdır);

- iddiaçının vergilərə və digər icbari ödənişlərə aid borcunun olub-olmaması haqqında müvafiq arayış;

- tender təklifi təklifin qiymətinin 1 faizi həcmində bank zəmanəti (təklifin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

-tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalmalıdır;

-iddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri 23 iyul 2020-ci il saat 17.00-a və tender təklifi ilə bank zəmanəti sənədlərini isə 4 avqust 2020-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidilər.

Tenderin açılışı 5 avqust 2020-ci il saat 15.00-da olacaqdır.

Qeyd – tenderdə iştirak, ten­derin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

5 İyul 2020 00:56 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
15 Yanvar 2022 | 02:51
BİLDİRİŞ
15 Yanvar 2022 | 02:51
BİLDİRİŞ
15 Yanvar 2022 | 02:50
BİLDİRİŞ
15 Yanvar 2022 | 02:50
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə