Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 2020-ci il üçün teatr binasının fasad hissəsinin təmiri və bərpası işlərinin satın alınması məqsədilə TƏKRAR AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot-1. Teatr binasının fasad hissəsinin təmiri və bərpası işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib im­zalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçı­ları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 150 (bir yüz əlli) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən he­saba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az say­tından (əlaqələndirici şəxs- Babayev Yuriy Çingizoviçdən, telefon- (012) 493-61-05) əldə edə bilərlər.

Təşkilat- Azərbaycan Dövlət Aka­demik Opera və Balet Teatrı

Hh- AZ82IBAZ 38090019449327254120

VÖEN-1400312651

Bank-“ABB ASC”-nin Müştəri Xidmətləri

Kod-805250

VÖEN-9900001881

M/h- AZ­03NABZ01350100000000002944

SWIFT- İBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanlarından arayış;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olun­malıdır. Xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir. Tender proseduru “Dövlət satınal­maları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaq­la, 5 avqust 2020-ci il saat 14.00-a, tender təklifi və bank zəmanətini isə 13 avqust 2020-ci il saat 17.00-dək möhürlənmiş, ikiqat zərfdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına (Ünvan- Bakı şəhəri, 28 May küçəsi 8) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarı­lacaqdır.

İddiaçıların təklifləri 14 avqust 2020-ci il saat 14.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

5 İyul 2020 00:55 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
15 Yanvar 2022 | 02:51
BİLDİRİŞ
15 Yanvar 2022 | 02:51
BİLDİRİŞ
15 Yanvar 2022 | 02:50
BİLDİRİŞ
15 Yanvar 2022 | 02:50
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə