Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti haqqında Əsasnamə”də, “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu”nda, “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı (Azərbaycan Res­publikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 47; 2017, № 2, maddə 197; 2018, № 1, maddələr 35, 52, № 5, maddə 964) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti haqqında Əsasnamə”də, “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu”nda, “Azərbaycan Res­publikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2020-ci il

30 İyun 2020 01:52 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə