Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kobe şəhərindən Osakaya

Azərbaycanın qadınlardan ibarət milli komandasının voleybolçuları Yaponiyada keçirilən dünya çempionatının birinci qrup mərhələsində çıxışlarını dünən Kobe şəhərində Tailand kollektivinə qarşı görüşlə başa vurmuşlar.
Komandamız bu oyunda 1:3 hesabı ilə uduzsa da, “C” qrupunun ən yaxşı dörd kollektivindən biri kimi mundialda yoluna davam edəcək. Azərbaycan qrupda Rusiya, ABŞ və Tailanddan sonra dördüncü olmuşdur. Beşinci-altıncı yerləri tutan Koreya Respublikası, Trinidad və Tobaqo komandaları isə dünya çempionatı ilə ­vidalaşmışlar. 
İndi Faiq Qarayevin yetirmələri çempionatda çıxışlarını Osaka şəhərində ikinci qrup mərhələsində davam etdirəcəklər. Bu mərhələyə oktyabrın 7-də start veriləcək. Komandamız birinci mərhələdə Rusiya, ABŞ və Tailand voleybolçularına uduzduğuna görə ikinci mərhələyə sıfır xalla başlayacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

5 Oktyabr 2018 00:38 - İDMAN
İDMAN
11 Aprel 2021 | 02:56
Müqavilə yenilənib

Köhnə versiyamızdan xəbərləri izlə