Ən son xəbərlər
“Mitsubishi” şirkəti Rusiya bazarında satılmış 145 minə yaxın avtomobili geri çağırıb. Bu qərar avtomobillərin əyləc sistemində qeydə alınan qüsurlarla bağlıdır.
Şirkətin yaydığı məlumata görə, geri çağırılma 2012-ci ilin dekabrından 2016-cı ilin sentyabrınadək satılmış “Outlander”, “Outlander PHEV” və ASX modellərinə şamil olunur.
Bildirilir ki, təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.
Xəbəri “Auto.ru” verib.
Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə