Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağac kəsən şəxs cəzalanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, Məzahir Rüstəmov küçəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda obyektin genişləndirilməsi məqsədilə yüngül konstruksiyalı tikinti işləri aparılan zaman iydə ağacının kəsildiyi müəyyən edilib. Ərazidəki digər iki meyvə ağacının isə tikilinin içərisində qaldığı məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,faktla bağlı obyektin sahibi Sənan Fətullayev barəsində protokol tərtib olunub və o, 2800 manat məbləğində cərimə edilib.

Tikinti altına düşən iki ağacın qorunması məqsədilə tikinti işlərinin dayandırılması üçün Xətai Rayon İcra Hakimiyyətinə və Bakı Şəhər əhər Şəhərsalma Arxitektura İdarəsinə müraciət olunub.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

12 İyun 2020 11:16 - EKOLOGİYA
EKOLOGİYA
17 May 2021 | 18:19
Sabahın HAVA PROQNOZU
16 May 2021 | 18:10
Sabahın HAVA PROQNOZU
12 May 2021 | 11:47
Sabahın HAVA PROQNOZU
10 May 2021 | 17:55
Sabahın HAVA PROQNOZU
7 May 2021 | 17:27
Sabaha olan hava PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə