Ən son xəbərlər
Dağıdıcı zəlzələdən və güclü sunamidən sonra İndoneziyada vulkan püskürüb, 33 ev dağılıb.
“Soputan” vulkanı Sulavesi adasında püskürüb. Zəlzələdən sonra özünə gəlməmiş əhali yeni bəla ilə üzləşib.
“İnterfaks”ın məlumatına görə, vulkan püskürtüsü 6 kilometr hündürlüyə qalxır. Təyyarələrə xəbərdarlıq edilib.
Xilasedicilər və hərbçilər əhalini təbii fəlakət zonasından evakuasiya edirlər.
Qeyd edək ki, İndoneziyada 17 min nəfər evsiz-eşiksiz qalıb.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə