Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Çin arasında gərginlik artır

Çin hökuməti oktyabr ayında keçirilməsi nəzərdə tutulan diplomatiya və təhlükəsizlik tədbirini ləğv edib. TASS-ın yaydığı məlumatda bildirilir ki, tədbirin ləğv olunmasının səbəbi kimi ABŞ müdafiə naziri Ceyms Mettisin bu toplantıda  iştirak edəcəyi göstərilib.
Məlumatda deyilir ki, rəsmi Pekin toplantıda iştirak edəcək yüksək səviyyəli hərbi rəhbərlik Mettisi qəbul etmək istəmir.
Qeyd edək ki, iki ölkə arasında münasibətlər ABŞ-ın Çinə Rusiyadan silah idxalı ilə bağlı tətbiq etdiyi sanksiyalardan, eləcə də Tayvana 300 milyon dollarlıq silah satışı barədə qərarından və Cənubi Çin dənizində artan gərginlikdən sonra korlanıb.

Rövşən ATAKİŞİYEV,
 “Xalq qəzeti”

 

3 Oktyabr 2018 22:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə