Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kvota və balıqovlama biletinin qiymətləri

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və daxili su hövzələrində balıq ovlamaq üçün verilən kvota və balıqovlama biletləri  ödənişlidir  və qiymətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il 146 №-li qərarı ilə tənzimlənir. 

Bir ton balıq ovuna icazə alınması üçün Kütüm, Şamayı, Xəşəm, Xərçəngkimilər-287, Çəki, Sıf-230, Siyənək-143,75, Kilkə-57,50, Kefal, Çapaq, Külmə, Qarasol və digər balıq növləri-115 manat ödəniş edilir.

Хarici vətəndaşlar göstərilən balıq növləri üçün müəyyən edilmiş qiymətlərin iki qatını ödəməlidir.

Kvota və balıqovlama bileti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən elektron qaydada verilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  29 dekabr  2017-ci il tarixli 613 №-li qərarı ilə 2018-ci il üçün Xəzər dənizində 3454,9, daxili su hövzələrində  205,1, ümumilikdə 3660 ton həcmində  müxtəlif növ balıqların ovlanmasına  icazə verilib.

 

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”

3 Oktyabr 2018 17:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə