Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ANAMA "Mahmudçala"da əməliyyat-axtarış tədbirlərinə son qoyub

ANAMA “Mahmudçala” ovçuluq təsərrüfatında əməliyyat-axtarış tədbirlərini sona çatdırıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA)   mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə  Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində əməliyyat-axtarış tədbirləri tam olaraq başa çatdırılıb.

Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə,

 30 əməliyyat günü ərzində aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 1 092 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik  və 1 ədəd ˝SEVİDJ˝ markalı tapança, 1  ədəd AK-74 və 1 ədəd RPK-74 avtomatı aşkar olunub, 194 428 kv.m əraziyə yerüstü və  20 000 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Aşkar olunmuş partlamamış hərbi sursatlar və odlu silahlar   partlayış yolu ilə zərərsizləşdirilib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

3 Oktyabr 2018 17:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə