Ən son xəbərlər
Ötən gün Pakistanda baş verən təyyarə qəzasında göyərtədə olan 99 nəfərdən 97-si ölüb. Bu barədə məlumatı Sind əyalətinin Səhiyyə Nazirliyi açıqlayıb.
Dəqiqləşdirilən məlumata görə, qəza nəticəsində ancaq 2 sərnişin sağ qalıb. Onların vəziyyəti stabildir. Sağ qalanlardan biri Pakistanın “Pəncab” bankının prezidenti Zəfər Məsuddur.
Bildirilib ki, indiyədək ölən 19 nəfərin kimliyi məlum olub.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə