Ən son xəbərlər
Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda onun idarə etdiyi oyuncaq, seperatçı rejimin adından yaradılmış “arzach.de” veb-saytı bağlanıb. Bu barədə "AZƏRTAC məlumat yayıb.
Məlumata görə, Almaniya hakimiyyət orqanları bu qərarı azərbaycanlıların həmin saytın səhifələrində hökm sürən separatizmin, işğalçılığın və dinc sakinlərin öz evlərinə qayıtmasına yol verilməməsini təbliğ edildiyini göstərən təkidli müraciətlərindən sonra qəbul olunub. Ermənistanın hakimiyyət orqanları Almaniya domenində açılmış saytda həm də alman turistlərini Azərbaycanın işğal olunmuş ərazilərinə cəlb etməyə cəhd göstərirdilər.
Eyni zamanda, qondarma , separatçı rejimin AFR-dəki ” səfiri” Arutyun Qriqoryanın “Facebook” profili də ləğv edilib. Həmçinin Berlində fəaliyyət göstərən “Avropa Arsax Tədqiqatları Mərkəzi” də bu günlərdə bağlanılıb.
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə