Ən son xəbərlər
“Techcult” portalının məlumatına görə, ABŞ hərbçiləri üçün “Samsung” şirkətinin “Samsung Galaxy S20” smartfonunun xüsusi versiyası hazırlanıb.
Qeyd edilir ki, smartfon ABŞ federal hökuməti və Müdafiə Nazirliyi ilə əməkdaşlıqda yaradılıb. Qurğuda məxfi məlumatların qorunması üçün iki etibarlı şifrələmə səviyyəsindən istifadə olunub. Yeni model dərhal hərbi taktiki radiorabitə və missiya idarəetmə sistemlərinə qoşulur.
Bildirilir ki, smartfonda gecəgörmə eynəyindən istifadə üçün xüsusi rejim nəzərdə tutulub. Məxfi rejim mobil və radiorabitəni söndürür. Smartfonu hərbçinin sinəsinə bərkidilən zaman horizontal rejimdə asanlıqla blokdan çıxarmaq mümkündür.
“Samsung Galaxy S20 Tactical Edition” 6,2 düym diaqonallı ekran, “Snapdragon 865” prosessoru, 12 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaş, 4 min milliamper/ saat tutumlu akkumulyator, “Galaxy S20” üçün standart kamera dəsti ilə təchiz edilib. Həmçinin model xüsusi qoruyucu çexol və xüsusi proqram təminatına malikdir.
2020-ci ilin üçüncü rübündə buraxılacaq “Samsung Galaxy S20 Tactical Edition” smartfonunun açıq satışa çıxarılması planlaşdırılmır.
Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə