Ən son xəbərlər
Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) COVİD-19 pandemiyasına görə tənqidlərin hədəfinə çevrilən Ümumdünya Səhiyyə Təşkilatına(ÜST) dəstək nümayiş etdirib.
Bildirilir ki, Şimali Koreya heyəti pandemiyanın gözardı edilməsində ÜST-nin və ya hər hansı bir ölkənin günahlandırılmasını məsuliyyətsizlik adlandırıb. Həmçinin Şimali Koreya ÜST-ü təbii fəlakətləri siyasi maraqları üçün istifadə etməyə çalışan ölkələrdən ehtiyyatlı olmağa çağırıb.
Qeyd edək ki, Şimali Koreyada koronavirusa hər hansı yoluxma faktı ilə bağlı bu günə qədər heç bir açıqlama verilməyib.
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə