Ən son xəbərlər
Vaxtilə Azərbaycanı şahmat üzrə beynəlxalq yarışlarda təmsil edən məşhur bir “üçlük” var idi - Firuzə Vəlixanlı, Aynur Sofiyeva, Nigar Sultanova...
Sonralar onlar müxtəlif səbəblərdən karyeralarını vaxtından bir qədər tez başa vururaq, şahmat sahəsindən uzaqlaşdılar.
Bu fotoda həmin o məşhur “üçlük” əks olunub...
Bəlkə də bugünkü gənc nəsil onları yaxşı tanımır, amma Azərbaycanın yaşlı şahmatsevərləri şübhəsiz ki, bu trionu yaddan çıxarmayıb...
Zaman 1986-cı ilin iyulu... Məkan Belarusun paytaxtı Minsk... SSRİ Xalqlarının 9-cu Spartakiadasında şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığma komandası çempion olmuşdu... Çempionluq titulunu respublikamıza məhz bu “üçlük” qazandırmışdı - Firuzə Vəlixanlı, Aynur Sofiyeva, Nigar Sultanova...
Rusiya və Ukrayna kimi güclü komandaları geridə qoyan və bütün SSRİ-yə səs salan zərif şahmatçılarımız Minskdə 15 mümkün xaldan 9,5 xal toplayaraq 1-ci yeri tutmuşdular. Firuzə Vəlixanlı isə yarışda unikal rekorda imza atmışdı: keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran həmyerlimiz bu göstəriciyə görə hətta kişiləri də geridə qoymuşdu.
Tale elə gətirdi ki, həmin Spartakiada keçmiş SSRİ-də sonuncu oldu. Beləliklə, Firuzə Vəlixanlı, Aynur Sofiyeva, Nigar Sultanovadan ibarət Azərbaycanın qadın şahmat komandası SSRİ məkanının sonuncu çempionu oldu.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə