Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

May ayı qüvvətlənmək üçün məqamdır

May ayında insan orqanizmi üzücü qış və yazdan çıxdığı üçün vitamin və mineral defisiti yaşayır. Moskvanın baş dietoloqu Antonina Starodubova may ayında daha çox nələrlə qidalanmaq barədə açıqlama verib. Saytlarda yayılan açıqlamaya görə, dietoloq insanlara təzə göy-göyərti, turp, bostan çiyələyi, alma, giləmeyvələr və yaza məxsus tərəvəzlər (pomidor, xiyar yox) yeməyi məsləhət görür:

“İmmunitet orqanizmə faydalı qida maddələri nitrientlərin lazımi miqdarda daxil olmasından asılıdır. Bu isə yalnız müxtəlif, qarışıq ərzaqlar və onlardan hazırlammış yeməklərlə mümkündür. Hər gün eyni qidalar istifadə edənlər immunitetini çökdürür.

May göyərtisi C vitamini və liflərlə zəngindir. Qırmızı, ağ turpda olan vitaminlər ümumi immuniteti qaldırır. Cəfəridə olan C vitamini limondan 4 dəfə çoxdur. Təzə göyərtidə A, E, vitaminləri, maqniy, kalsium, folatlar, qlükoza, sink, dəmir, hər şey var.

İnsanlar turp yemir, amma təzə turp sarımsaq, çuğundura bərabərdir. Lipid və xolesterin səviyyəsini tənzimləyir. Turp ağız boşluğu və nəfəs yollarını dezinfeksiya edib, iltihab əleyhinə təsir edir. Qırmızı turpun qabığında xüsusi antosian maddə var ki, hüceyrə membranını zədələnmədən qoruyur” – deyə dietoloq izah edib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 May 2020 10:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə