Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT-nin İnkişaf Proqramı və TƏBİB ön sırada çalışan səhiyyə işçilərini tibbi avadanlıqlarla təmin edib

BMT-nin İnkişaf Proqramı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın tibb işçiləri və pasiyentləri üçün tibbi ləvazimatların satınalınma­sı həyata keçirilib.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, içində 50.000 tibbi eynək və 1000 kontaktsız infraqırmızı termomet­rin də olduğu tibbi avadanlıq dəsti BMTİP-in beynəlxalq təchizat zənciri vasitəsilə Bakıya gətirilib. Sözügedən ləvazimatlar hazırda birgə icra edilən, “Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsində İcbari Tibbi Sığor­ta üzrə Dövlət Agentliyinə dəstək layihəsi” çərçivəsində satın alınıb. Avadanlıqlar bu həftə ərzində tibb müəssisələrinə çatdırılacaq.

“Son aylar ərzində BMT-nin İn­kişaf Proqramı BMT ailəsi ilə birgə, pandemiyanın yaratdığı çətinlikləri çevik şəkildə aradan qaldırmaq məqsədilə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir. Buraya rəqəmsal səhiyyə xidmətlərinə dair texniki məlumat dəstəyi, ictimai məlumatlandırma, onlayn təhsil sisteminin fəaliyyətini davam etdirməsi və əhalinin ən həssas qruplarının sosial rifahının yaxşılaşdı­rılması istiqamətləri daxildir”, – deyə BMTİP-in rezident nümayəndəsi Ales­sandro Frakassetti bildirib.

20 May 2020 00:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə