Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Masallı Rayon İcra Hakimiyyəti Masallı şəhərində abadlıq-quruculuq işlərinin və küçələrin asfaltlaşdırılmasının satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir. 
 Lot- 1. Masallı şəhərində abadlıq - quruculuq işlərinin və küçələrin asfaltlaşdırılmasının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış,ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
 Tenderdə iştirak etmək istəyənlər lot üçün 150 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Masallı şəhəri, Qarabağ küçəsi 20 nömrəli ünvandan ala bilərlər.
 Əlaqələndirici şəxs : Əbilov Şahin Höccət oğlu ( tel: 215-31-76 )
 Təşkilat : Masallı Rayon İcra Hakimiyyəti
 Masallı Rayon Yerli Xəzinədarlıq Orqanı
 H\h: AZ44AIIB32051019446100201161
 VÖEN: 6400037221
 Bank: “Kapital Bank”ın Masallı rayon filialı
 Kod: 200617
 VÖEN: 9900003611
 M\h : AZ37NABZ 01350100000000001944 
 S.W.I.F.T. BIK AIIBAZ 2X
 İştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi ;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) ;
- tender təklifləri dəyərinin 1 faizi həcmində bank təminatı ( zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır) ; 
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış :
- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti ; 
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı ;
- iddiaçının tam adı , hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri . 
 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
 Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. 
 İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 2018-ci il oktyabrın 19-u saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş, ikiqat zərfdə 2018-ci il oktyabrın 30-u saat 17.00-a qədər Masallı Rayon İcra Hakimiyyətinə təqdim etməlidirlər.
 Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
 Təklif zərfləri 31 oktyabr 2018 - ci il saat 11.00-da Masallı Rayon İcra Hakimiyyətində açılacaqdır.
 İddiaçıların nümayəndələri iştirak edə bilərlər. 

Tender komissiyası

2 Oktyabr 2018 22:48 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
7 Dekabr 2021 | 05:50
ELAN
2 Dekabr 2021 | 08:06
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə