Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot -1 . 2017 və 2018-ci illər üzrə əməliyyat xidməti müqaviləsi (Operating Service Agreement) çərçivəsində ayrılmış vəsaitlərin əvvəlcədən razılaşdırılmış prosedurlara (AUP) uyğun olaraq müstəqil yoxlama xidmətinin həyata keçirilməsi.
Tender iştirakçılarına təklif  olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər  aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, H.Əliyev prospekti 121 nömrəli (SOCAR Tower), (əlaqələndirici şəxs: Əli Kərimlidən, telefon: 012-521-30-91, daxili 27714) ünvandan ala bilərlər.
İştirak haqqı 100 manatdır. 
H\h: AZ20IBAZ38020019441115706120
VÖEN 1701605251
Bank: “Azərbaycan Beynəlxalq Bankı” nın- Premyer Müştəri Xidməti 
Kod: 805250
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T: IBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;  
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların  müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). 
Tender proseduru “Dövlət ­satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 oktyabr 2018-ci il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 30 oktyabr 2018-ci il saat 17.00-dək Bakı şəhəri, H.Əliyev prospekti 121 nömrəli (SOCAR Tower) ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 31 oktyabr 2018-ci il saat 10.00-da Bakı şəhəri, H.Əliyev prospekti 121 (SOCAR Tower)  nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 
Tender komissiyası
2 Oktyabr 2018 22:43 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
2 Dekabr 2021 | 08:06
ELAN
2 Dekabr 2021 | 07:57
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:56
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:56
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:55
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:54
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə