Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan gənclərinin VIII forumunun keçirilməsinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar  4658415 nömrəli  telefona (faks:4656438)  müraciət edə bilərlər (əlaqələndirici şəxs- Kərimov Kənan Elman oğlu). İddiaçılar 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə,yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorundan) ala bilərlər.
Bank:Dövlət Xəzinədarlıq Agentliyi
Kod : 210005
M/h: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
SWIFT: CTREAZ22
Alan müştəri: Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/h: AZ50CTRE00000000000002147771
VÖEN: 1500171121
Büdcə səviyyəsinin kodu- 7
Təsnifat kodu-142340
 İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-  iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;  
-iddiaçının  son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyət barədə bank tərəfindən verilmiş arayış;
-  tender təklif ( zərflərin ­açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- təklifin təminatı (zərflərin açıldığı gündən sonra  azı 60 bank günü müddətində qüvvədə olmalıdır).
Son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə)yerinə yetirdiyi analoji işlər haqqında məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 19 oktyabr 2018-ci il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1%-i məbləğində bank təminatını 29 oktyabr 2018-ci il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə  tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan  zərflər açılmadan qaytarılacaqdır.
Təklif zərfləri iddiaçıların iştirakı ilə 30 oktyabr 2018-ci il, saat 10.00-da Azərbaycan Respublikasının  Gənclər və İdman Nazirliyində açılacaqdır.             

Tender komissiyası

2 Oktyabr 2018 22:41 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
2 Dekabr 2021 | 08:06
ELAN
2 Dekabr 2021 | 07:57
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:56
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:56
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:55
BİLDİRİŞ
2 Dekabr 2021 | 07:54
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə