Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naxçıvanda meliorasiya işləri uğurla həyata keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən  NUHÇIXAN -a verilən məlumata görə, bu ilin 9 ayı ərzində “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Babək rayonunun Şəkərabad kəndində müxtəlif diametrli borularla 17 kilometrə yaxın içməli su xətti çəkilib. 576 evə su verilərək sayğac quraşdırılıb. 16 km-ə yaxın  kanalizasiya xətti çəkilib və  bütün mənzillər şəbəkəyə qoşulub. “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Şahbuz şəhər çirkab su təmizləyici qurğuda tikinti işləri davam etdirilib.

Şərur rayonunun Yengicə kəndində müxtəlif diametrli borularla 30,29 km su xətti çəkilib, 894 ev şəbəkəyə qoşulub.

Ordubad rayonunda ümumi tutumu 20.000 m 3 olan 6  su anbarının tikintisi başa çatdırılıb, 18 subartezian quyusu qazılıb. Həmçinin Ordubad şəhərində müxtəlif diametrli borularla 73,5 km içməli su xətti, 72 km kanalizasiya xətti  və anbarlar arası 7 km təzyiqli boru xətti çəkilib.

Sədərək rayonunda Dəhnə adlanan ərazidə 8 ha sahə, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 45 ha sahə hamarlanaraq əkin üçün yararlı vəziyyətə gətirilib.

 

İ.Əmənullayev,
“Xalq qəzeti”

2 Oktyabr 2018 12:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə