Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Emin Ağalarov “Qələbə günü bütün dillərdə” aksiyasına qoşulmağa çağırıb

Rusiya azərbaycanlıları “Qələbə günü bütün dillərdə” aksiyasına qoşulublar.

Rusiyanın Xalq artisti Lev Leşşenko­nun təşəbbüsü ilə mayın 9-da gecə ya­rısından başlayaraq, “диктантпобеды.рф”, habelə “pobeda-2020.ru” saytların­da “Qələbə günü bütün dillərdə” aksi­yasına start veriləcək. Hər kəs mahnını öz doğma dilində oxuyub videoya çəkə və sosial şəbəkələrdə yerləşdirə bilər. Mahnının mətninin bir çox dillərdə, o cümlədən Azərbaycan dilində tərcüməsi saytda yerləşdirilib.

Azərbaycanın Xalq artisti Emin Ağa­larov aksiyaya ilk qoşulanlardan biridir. O, bəstəkar David Tuxmanovun Böyük Vətən müharibəsində qələbəyə həsr olunmuş mahnısını Azərbaycan dilində ifa edib. Emin Ağalarovun çağırışın­dan sonra Rusiyada yaşayan bir çox həmyerlimiz aksiyaya qoşulub.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

9 May 2020 20:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə