Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daxili işlər orqanlarında xidmət etmiş Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

Mayın 8-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişi ilə nazirliyin nümayəndələri faşizm üzərində Qələbədən sonra həyatlarını daxili işlər orqanlarında xidmətə sərf etmiş bir qrup Böyük Vətən müharibəsi iştirakçısının evində olublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlar nazir V.Eyvazovun səmimi təbriklərini və bayram hədiyyəsini vete­ranlara çatdırıblar.

Bildirilib ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 75 il keçir. Qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra im­zaladığı sərəncamla hər il mayın 9-u Qələbə Günü kimi rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməyə, müharibə veteranlarının sosial-məişət şəraitinin, maddi rifahının yaxşılaşdırılmasına başlanıb, onların müalicələrinin təşkili istiqamətində əsaslı tədbirlər həyata keçirilib, müvafiq fərman və sərəncamlar imzalanıb.

Ümummilli liderin Böyük Vətən müharibəsi iştirakçılarına, müharibədə həlak olanların ailələrinə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Veteranlardan Müseyib İlyasov, Mehdi Mehdiyev, Əli Hacıyev, Əlikişi Cümşüdov, Səfər Abdullayev və Əzim İbrahimov göstərilən yüksək diqqət və qayğıya görə ölkəmizin başçısına və Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

9 May 2020 20:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə