Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həmyerlimiz Qod Nisanovun təşəbbüsü ilə Azərbaycana 10 təcili tibbi yardım maşını göndərilib

Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində dövlətlə yanaşı, ictimaiyyətin ayrı-ayrı nümayəndələri tərəfindən göstərilən həmrəylik diqqət çəkir. Dövlət tərəfindən görülən işlərə vətəndaşların növbəti dəstəyi isə Rusiyada yaşayan həmyerlimizdən gəlib. Rusiyada fəaliyyət göstərən iş adamı Qod Nisanovun təşəbbüsü ilə ölkəmizə 10 təcili tibbi yardım maşını göndərilib.

Xüsusi təyyarə ilə Bakıya çatdırı­lan maşınlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” – TƏBİB-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə birliyin istifadəsinə verilib.

Hazırda qlobal səviyyədə COVİD-19 pandemiyası ilə mübarizə aparıldığı bir dövrdə dövlətlərin və insanların həmrəylik nümayiş etdirməsi yüksək qiymətləndirilir. Çünki bütün zamanlarda hər bir çətinlik və təhlükə birgə səylər nəticəsində dəf olunub. Dünyada yeni növ koronavirus infeksiyasının yayıldığı bir dövrdə də COVİD-19 xəstəliyi ilə mübarizə qarşılıqlı dəstək olduqda daha səmərəlidir.

AZƏRTAC

9 May 2020 20:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə