Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Məmur həmişə – xüsusi rejimdə də, normal həyatda da nümunə olmalıdır”

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev bu sözləri şəhər və kənd İƏD üzrə nümayəndələrinin iştirakı ilə keçirdiyi növbəti videokonfrans zamanı deyib. Konfransda Nazirlər Kabineti yanında operativ qərargahın qәrarı ilәxüsusi karantin rejiminin yum­şaldılmasından irәli gәlәn tədbirlər müzakirə olunub.

Rayon rәhbәri qeyd edib ki, karantinin yumşaldılması o demək deyildir ki, artıq koronavirus yoxdur və insanlar sərbəst şəkildə əvvəlki kimi həyat və fəaliyyətlərini davam etdirə bilərlər. Xeyr! Bu, qətiyyən belə deyil. Karantin qaydalarının yumşaldılması ilə yanaşı, koronavirus infeksiyasının qarşısı­nın alınması üçün bir sıra tədbirlərin davam etdirilməsi olduqca vacibdir və bununla bağlı vəzifəli şəxslərin qarşısına ciddi tələblər qoyulub. Digər tərəfdən, aztəminatlı ailələrin, yaşı 65-dən yuxarı olan tənha və ahılların daim diqqətdәsaxlanılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

İbrahim Mustafayev deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 1-də Azərbaycan Respub­likasının baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən verdiyi tapşırıq və tövsiyələr proqram xarakterlidir və bizim hər birimiz üçün bir yol xəritəsidir. Deyilənlər daim diqqət mərkəzində saxlanılmalıdır.

İcra hakimiyyətinin başçısı rayonda apa­rılan yazlıq əkin işlərinin gedişi ilə də maraq­lanmış, ayrı- ayrı nümayəndələrin məlumatını dinləmişdir. Qeyd edək ki, rayon iqtisadiyya­tının əsasını əkinçilik və heyvandarlıq təşkil edir. Ötən il əkin aparılmış 12 min 885 hektar sahədə 10 min 377 hektar kartof, 1813 hektar buğda, 191 hektar arpa, 240 hektar kələm, 70,4 hektar yerkökü, 9 hektar qarğıdalı, 75 hektar çuğundur, 90,2 hektar digər tərəvəz məhsulları əkilmişdir. Sınaq məqsədilə 10 hektar sahədə isə tütün becərilmişdir.

İ.Mustafayev bildirmişdir ki, keçən il kifayət qədər məhsul əldə olunsa da, bizi qane edə bilməz. Bir sıra sahələrdə məhsuldarlıq hələ də aşağıdır ki, bunun səbəbləri dərindən təhlil olunmalı, məsələlərə elmi yanaşmalar diqqət mərkəzində saxla­nılmalıdır. 2020-ci ilin məhsulu üçün 2243 hektar buğda, 90 hektar arpa olmaqla, ümumilikdə 2333 hektar sahədə payızlıq səpin aparılmışdır. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə fərdi təsərrüfatlardan torpaq nümunələrinin götürülməsi və labarotoriyala­ra təqdim edildikdən sonra səbəblərin təhlil olunması sonradan məhsuldarlığın artmasına bilavasitə müsbət təsir göstərmişdir. Bu iş müntəzəm davam etdirilməlidir.

Rayon rəhbəri məmurlara səslənmişdir: “Biz özümüz hər bir işdə nümunə olmalı­yıq. İstər xüsusi karantin rejimi, pandemi­ya dövründə, istərsə də normal həyatda. İnsanların qayğıları, problemləri ilə yaşamaq, onu özününküləşdirməyi bacarmaq lazımdır. Cənab Prezidentimiz hər çıxışında dönə-dönə tapşırır ki, məmur yekəxana olmamalı­dır, xalqın xidmətçisi olduğunu birdəfəlik başa düşməlidir.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

9 May 2020 20:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə