Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi dövründə müəyyən olunan qaydalara ciddi riayət edilməsi ilə bağlı əhaliyə müraciət ünvanlayıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə bildirilir ki, məlum olduğu kimi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabi­neti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilir.

Dövlətin həyata keçirdiyi aidiyyəti tədbirlərdən irəli gələn tələblərə vətəndaşlar tərəfindən ümumilikdə əməl edilsə də, son günlər ictimai yerlərdə tibbi maska­dan istifadə edilməməsi, sosial məsafənin gözlənilməməsi kimi infeksiyanın yayılmasına şərait yaradan halların artması müşahidə edilir.

Vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı iki metrlik ara məsafəsi saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyənləşdirilmiş qayda­lara ciddi riayət etmək tələb olunur.

9 May 2020 20:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə