Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mehriban xanımın səmimi sözləri hər bir anaya ruh, əzm və güc verir”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqımıza növbəti dəfə müraciət edərək, ölkəmizdə COVİD-19 epidemiyasının hazırkı vəziyyəti ilə əlaqədar fikirlərini açıqlayıb. Bu hadisə ölkə ictimaiyyətinin ən müxtəlif nümayəndələri arasında dərin məmnunluq hissi doğurub. Azərbaycan Turizm və Menecment Universitetinin professoru Minaxanım Əsədli bu barədə dedi:

–Mən çox hörmətli Mehriban xanımın müraciətini rəsmi qəzetlərin səhifələrində diqqətlə oxudum. Onun son dərəcə səmimi sözləri, arzu, məsləhət və tövsiyələri hər bir azərbaycanlı qadın, ana kimi, mənim də qəlbimdə dərin əks-səda doğurdu.

Mehriban xanım xal­qına, analara, bütün ölkə vətəndaşlarına sonsuz inam və sevgi bəsləyir. O, bütün varlığı ilə xalqımızın sağ­lam və xoşbəxt olmasını arzulayır. Azərbaycan xalqı qədirbiləndir, bütün bunları görür və yüksək dəyərləndirir. Ən ümdə olanı isə budur ki, xalqımız, hər bir vətəndaş Mehriban xanıma dərin inam və rəğbət bəsləyir. Bir sözlə, sevgi, inam və rəğbət hissləri qarşılıqlıdır!

Birinci vitse-prezident ölkəmizin sürətli inkişafı və tərəqqisi üçün həyata keçirilən bütün işlərdə xalqımızın sevimli lideri Prezident İlham Əliyevin ən yaxın köməkçisi və silahda­şıdır. Dünyanı çənginə alan pandemiya ilə mübarizədə də Mehriban xanım bütün gücü və bacarığı ilə xalqımızı bu ağır təhlükədən qorumaq üçün əlindən gələni edir. Bu, olduqca qürurverici bir həqiqətdir!

Birinci vitse-prezident müraciətdə haqlı olaraq qeyd edir ki, bu gün Azərbaycan epidemiyanın ilk və olduq­ca təhlükəli mərhələsindən ən az sayda itkilərlə çıxan dövlətlərdən biridir. Ölkəmiz virusun sürətli yayılmasının qarşısını almağa, epidemi­ya ilə mübarizənin bütün aspektlərini əlaqələndirən peşəkar komanda yaratma­ğa, lazımi texniki və insan resurslarını birləşdirməyə müvəffəq olub. Əlbəttə, bütün bunlar özlüyündə böyük uğurdur.

Mehriban xanım, eyni zamanda xəbərdarlıq edir ki, pandemiya ilə müharibə davam edir. Bütün ölkələrə və xalqlara bu qədər bəla və əzablar yaşadan virus hələ məğlub olmayıb. Azərbaycan vətəndaşları heç bir halda sayıqlığı itirməməli, səhlənkarlığa imkan verməməlidir.

Bəli, Mehriban xanı­mın səmimi sözləri hər birimizə böyük ruh, əzm və güc verir. Mən əminəm ki, azərbaycanlı analar, bütün əziz bacı və qardaşlarımız hörmətli Mehriban xanımın səmimi sözlərinə, məsləhət və tövsiyələrinə əməl etməyə çalışacaqlar. Onun və möhtərəm Prezidentimiz İlham Əliyevin hər birimizə bəslədiyi dərin sevgi və şəfqətdən güc alaraq bu ağır sınaqdan üzüağ çıxacağıq. Allah xalqımızı qorusun! Amin!

Söhbəti qələmə aldı: M.HACIXANLI,“Xalq qəzeti”

9 May 2020 20:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə