Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qaydalara əməl olunmasa, yumşalmalar ləğv edilə bilər

Nazirlər Kabineti yanında operativ qərargahın məlumatında bildirildi­yi kimi, yoluxma sayının artması narahatlığı artırıb. Respublikanın baş infeksionisti Cəlal İsayev dövlət başçısının təklifi və tapşırığı, birbaşa nəzarəti ilə pandemiyaya qarşı bu sayda mübarizə tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, yoluxmaların sıçrayışının əsas səbəbini vətəndaşların bu qaydalara əməl etməməsilə və karantin rejimi şərtlərinin yumşaldılmasından doğan arxayınçılıqla əlaqələndirib. Mütəxəssis vətəndaşların verilən tövsiyyələrə, məsləhətlərə, tələblərə başdansovdu yanaşması ilə bağlı fikirlərini bildirərkən belə deyib:

–Mayın 5-də koronavirusa yolu­xanlarının sayının kəskin artmasına əsas səbəb vətəndaşların verilən tövsiyələrə əməl etməməsidir. Aprelin 27-dən sonra Azərbaycanda vəziyyət stabilləşmişdi. Hamı da bundan sevi­nirdi ki, may ayında virusa yoluxanla­rın sayında azalma müşahidə olunar və ayın sonuna yaxın da mərhələli şəkildə – hissə-hissə karantindən çıxarıq. Amma görünən odur ki, rejimə əməl edən çox az sayda adam var, əksəriyyəti tövsiyələrə məhəl qoymur. Əhalinin bir hissəsinin işə çıxmasına icazə verilib. İşə gedənlərlə yanaşı, SMS-lə icazə alıb evdən çıxanlar daha çoxdur. Onlar 3 saat müddətində ictimai nəqliyyatdan istifadə edirlər. Avtobusda isə maska taxmırlar, ara məsafə gözləmirlər. Bütün bunlar birbaşa xəstələrin sayının artmasına səbəb olur. Bankların qarşısındakı böyük növbələrə çoxunuz şahidsiniz. Vətəndaşların bir-birinə çox sıx da­yanmaqları bəs deyilmiş kimi, üstəlik, maskasızdırlar.

Cəlal İsayev insanları vəziyyəti başa düşməyə çağırıb: “Əgər biz yay mövsümünü rahat keçirmək istəyiriksə, operativ qərargahın verdiyi tövsiyələrə əməl etməliyik. Bu qaydalara karantin rejimi tətbiq edilən ilk günlərdə koro­navirusla mübarizə tədbirlərinə hansı ciddiyyətlə əməl edilirdisə, vətəndaşlar qadağa və qaydalara həmin templə davam etməlidirlər. Əks halda, tələblər yenidən sərtləşdirilə və yumşalmalar ləvg edilə bilər”.

Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva da insanların sərbəst şəkildə küçəyə axışmasından narahatlığını gizlətmir. Bir vətəndaş olaraq maska, əlcək və digər qoruyucu vasitələr-- anti­septik məhlullardan daimi istifadə edən həkim insanların bu cür arxayınçılığını qəbul etmir:

–Son vaxtlar, digər peşə sahəsinin adamları bir tərəfə, hətta həkiməm deyən bir sıra şəxslərlə koronavirus xəstəliyinin olub-olmaması məsələsi ilə bağlı mübahisələrin aparılması məni çox narahat edir. Çünki, əgər bu xəstəliyin olmadığını söyləyən həkimdirsə, bu­nun, əhalinin digər təbəqələrində çox böyük laqeydlik yaratması qaçılmazdır. Bu səbəbdəndir ki, bu günlərdə istər nəqliyyat vasitələrində və marketlərdə, istərsə də gəzinti xatirinə bəhanələrlə küçələrə axışan insanlar arasında qoru­yucu tədbirlərə biganə yanaşanlar art­maqdadır. Statistikaya baxsaq, xəstəliyə yoluxma sayının da artmasının şahidi olarıq. Üç gün öncə 52, sonra 76, dünən 57 yeni yoluxma qeydə alınıb.

Neftin qiymətinin kritik enməsi fonunda, iqtisadiyyatın daha dərin tənəzzülə uğramaması naminə dövlətin vacib bildiyi iş yerlərinin açılmasına icazə verməsi, vətəndaşlarda sanki bir arxayınçılıq yaradıb. Onlar öz üzərlərinə düşən məsuliyyəti dərk etməsə, viru­sun ikinci dalğa dediyimiz təhlükəsi bizi yaxalayacaq. Hələ o da bəlli deyil ki, biz birinci dalğanın pik həddini keçmişikmi?

Mən, əhalimizin qayda və qadağala­ra bu sayğısızlığının bir səbəbini də te­leviziya kanallarında yetərincə məsul və səlahiyyətli mütəxəssislərimizin hər gün arqumentləşdirilmiş çıxışlarının olmama­sında görürəm. Nəzarətə götürülməsi qeyri- mümkün olan sosial şəbəkələrdə isə, inamsızlığı təlqin edən saysız-hesabsız yazılar dərc olunmaqdadır. Məsuliyyətsiz insanların dediklərinin sıravi vətəndaşda nə reaksiya yarada­cağının fərqində olmayan “savadlıları­mız” ağına-bozuna baxmadan, əsassız iddialarla onları yanlış düşünməyə istiqamətləndirirlər. Kimisi xəstələrin sayının bilərəkdən şişirdildiyini, kimisi maskanın yoluxmamaq üçün rolunun olmamasını, antiseptik vasitələrin virusla mübarizədə kömək etməməsini, bu tələblərin insanlara heç bir xeyrinin olmadığını vurğulayırlar.

Məhz bunun üçün televiziya ka­nallarında maarifləndirilməyə geniş yer ayrılmalı, təbliğat xarakterli mate­riallara önəm verilməli, koronavirusla mübarizəyə həsr olunan videoçarxlar hazırlanmalı və təbliğ edilməlidir. İn­sanlar özləri bu xəstəliyin ciddiliyini və təhlükəli olduğunu anlamalı, küçəyə çıxarkən sosial məsafənin saxlanması­na riayət etməli, evə qayıdarkən şəxsi məsuliyyətini dərk edərək gigiyenik qaydalara əməl etməlidirlər”.

Hazırladı: Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

9 May 2020 20:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə