Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Rusiya əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir

Azərbaycanla Rusiya arasında münasibətlər son illərdə yüksələn xətlə in­kişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev “Mir” televiziya kanalına müsahibəsində də qeyd etdi ki, bu münasibətləri hər iki tərəf strateji tərəfdaşlıq kimi xarakterizə edir.

Bu gün Azərbaycan və Rusiya bütün fəaliyyət sahələrində əməkdaşlıq edir. Siyasi əlaqələr dövlət başçıları səviyyəsində müsbət məcrada davam və inkişaf etməkdədir. Prezident İlham Əliyev və Rusiya lideri Vladimir Putin arasında görüşlər müntəzəm xarakter daşıyır. Son illərdə iqtisadi sahədə əməkdaşlıq da yeni zirvələr fəth edir, qarşılıq­lı əmtəə dövriyyəsi artır. Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarında Rusiya kapitalı ilə yüzlərlə şirkət çalışır.

Biz Azərbaycan Prezi­dentinin “Mir” televiziyasına müsahibəsində bu barədə ətraflı danışdığını gördük. Dövlət başçısı bildirdi: “Nəqliyyat sahəsində çox fəal əməkdaşlıq edirik. Biz mühüm Şimal–Cənub beynəlxalq nəqliyyat layihəsini birgə real­laşdırırıq. Həm Rusiya, həm də Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün inf­rastruktur layihələri praktiki olaraq həyata keçirilib. Biz nəqliyyat sahəsində çox fəal əməkdaşlıq edirik. Biz mühüm Şimal–Cənub beynəlxalq nəqliyyat layihəsini birgə real­laşdırırıq. Həm Rusiya, həm də Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün infrast­ruktur layihələri praktiki olaraq həyata keçirilib”.

Prezident İlham Əliyev hazırda nəqliyyat-logistika istiqamətləri ilə bağlı məsələlər üzərində iş getdiyini qeyd etdi. Onun sözlərinə görə, məqsəd yük daşımalarını artırmaq, bununla qonşu ölkələrə daha əlverişli şərait yarat­maq, tranzit potensialını möhkəmlətməkdir. Bundan əlavə, energetika sahəsində kifayət qədər layihə icra olu­nur. Rusiya və Azərbaycanın enerji sistemləri birləşdirilib. Bu gün, ümumiyyətlə, 7 yol xəritəsinin reallaşdırılması üzrə ikitərəfli formatda işlər görülür.

Şübhəsiz ki, hər iki ölkənin liderləri gələcəkdə əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədirlər. Bu isə həm Azərbaycan, həm də Rusi­ya xalqlarının mənafeyinə uyğundur.

Nizami SÜLEYMANOV, tarix elmləri doktoru

9 May 2020 20:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə