Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Elmi Kitabxananın Vergilər Nazirliyi ilə kitab mübadiləsi

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) AR Vergilər Nazirliyinin Tədris Mərkəziylə kitab mübadiləsi həyata keçirib. www.science.gov.az saytı yazır ki, mübadilə çərçivəsində mərkəz tərəfindən MEK-ə “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”, "Ünvanlı vergi xidmətləri", “Vergiyə giriş”, "Vergi və investisiya mühiti" və s. kimi vergi, hüquq mövzularını özündə əks etdirən kitablar təqdim edilib.

MEK tərəfindən isə Tədris Mərkəzinə “Müstəqillik yollarında”, “Naxçıvan ensiklopediyası”, “Rus və erməni mənbələri işığında erməni problemi”, “Naxçıvan diyarında sənətkarlıq və ticarət”, “Beynəlxalq münasibətlərin müasir problemləri və BMT” və s. mövzularda kitablar hədiyyə olunub.

Qeyd edək ki, MEK-in fondları məcburi nüsxələr, abunə, hədiyyələr və beynəlxalq kitab mübadiləsi vasitəsilə formalaşdırılır. MEK mübadilə fondunda mühafizə olunan kitabları yerli və beynəlxalq akademik qurumlara təqdim edir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

2 Oktyabr 2018 11:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə