Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada quraqlıq təhlükəsi

Rusiyanın bir sıra regionlarında güclü quraqlıq gözlənilir ki, bu da kənd təsərrüfatı məhsullarını yetişdirməyi təhlükə altına alır.

TASS-ın məlumatına görə, bu barədə Rusiya Hidrome­teoroloji Mərkəzinin elmi rəhbəri Poman Vilfand bildirib.

Onun sözlərinə görə, Krım və Krasnodar diyarları, Həştərxan, Belqorod, Orlov, Smolensk, Kaluqa, Lipetsk, Bryansk və Kursk vilayətləri risk zonasındadırlar.

Bu yerlərə cəmi 35 faiz yağıntı düşüb ki, bu da xeyli azdır. Ölkənin cənub federal dairəsində də yağıntı xeyli az düşüb.

İndidən buna hazır olmalı, məhsulu yetişdirmək üçün əlavə tədbirlər hazırlanmalıdır.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

9 May 2020 20:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə