Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliyada hökumətin bu qərarı ciddi narazılıq yaradıb

İtaliya hökuməti koronavirus pandemiya­sı səbəbindən sağlamlıq vəziyyəti kritik, yaşı çox olan mafiya üzvlərini və narkotik qaçaq­malçılarını həbsxanadan ev həbsinə çıxarmaq barədə qərarı gözdən keçirir. Bu barədə “Euro­news” məlumat yayıb. Bildirilir ki, hökumətin bu şəxslərin azadlığını təmin edəcək qərarı nəzərdən keçirməsi ölkədə ciddi narazılığa səbəb olub.

Qeyd edilir ki, hazırda İtaliyada mart ayında koronavirus riski səbəbindən həbsxanalardan çıxarılan 376 mafiya üzvü və narkotacir ev həbsindədir.

İtaliyanın Ədliyyə naziri Alfonso Bonafede parlament qarşısında çıxışı zamanı deyib ki, mafiya ilə mübarizədə qərarlılıq sürür. O, əlavə edib ki, hökumət sağlamlıq vəziyyəti pisləşən mafiya liderlərinin həbsxanadan çıxarılmasını nəzərdə tutan dəyişiklik üzərində işləyir.

Qeyd edilir ki, həbsxanadan çıxarılaraq ev həbsinə alınan mafiya liderləri arasında Siciliyanın hakim mafiya şəbəkəsi “Kosa Notra”nın keçmiş liderlərindən olan 85 yaşlı Fran­ko Kataldo da var. Kataldo 1996-cı ildə mafiya daxilində yerləşən casus Santinonu qaçırıb boğmaqda ittiham edilib.

Siciliya mafiyasının 1992-ci ildə bombalı sui-qəsd nəticəsində öldürdüyü prokuror Covanni Falkonenin qar­daşı Maria Falkone isə hökumətin son addımını biabırçılıq adlandırıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

9 May 2020 20:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə