Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı

Putin və Tramp pandemiya və neft bazarı mövzularını müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp ilə telefonla da­nışaraq, onunla COVİD-19 pandemiyası ilə mübarizə və qlobal enerji bazarındakı möv­cud vəziyyət üzrə geniş fikir mübadiləsi aparıb. “Anadolu” agentliyi məlumatı Kremlin mətbuat xidmətinə istinadən yayıb.

Xəbərdə deyilir ki, iki ölkənin lideri koronavirus pandemiyası ilə bağlı ikitərəfli əməkdaşlığın səviyyəsini müsbət qiymətləndiriblər. Bu istiqamətdə əlaqələri daha da gücləndirməyin faydalı olacağını qeyd ediblər. ABŞ Prezidenti Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Rusiyaya süni nəfəs aparat­ları və başqa tibbi avadanlıq­lar göndərməyi vəd edib.

Liderlər, bindan baş­qa son günlər dünya neft bazarında yaranmış vəziyyətə toxunublar. Qeyd olunub ki, Rusiya və ABŞ prezidentlərinin təşəbbüsü ilə “OPEC+” çərçivəsində əldə olunan razılaşmanın bu il mayın 1-dən qüvvəyə minməsi nəticəsində dünya neft bazarında qiymətlərin sabitləşməsi üçün şərait yaranıb.

Prezidentlər hesab edirlər ki, təkcə enerji deyil, bir çox başqa mühüm sahələrdə də Rusiya–ABŞ dialoqunun qurulması və qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsi vacibdir.

Dövlət başçıları te­lefon danışığı zamanı müzakirələrin dolğun və konstruktiv ruhda keçdi­yini vurğulayıblar. Telefon bağlantısının hansı tərəfin təşəbbüsü ilə baş tutduğu barədə məlumat verilməyib.

Bu arada Moskvada karantin rejimi ilə bağlı məhdudiyyətlərin əhaliyə xidmət, mədəniyyət, təhsil və idman, ümumilikdə isə qeyri-istehsal sahələrində mayın 31-dək uzadıldığı məlum olub. Fəaliyyətinə icazə veril­miş müəssisə və təşkilatların əməkdaşları maska taxmalı­dırlar.

M.HACIXANLI, “Xalq qəzeti”

9 May 2020 20:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə