Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Belarus parlamenti prezident seçkilərini avqusta təyin edib

Belarus Milli Məclisinin Nümayəndələr Pa­latası (parlamentin aşağı palatası) özünün növbədənkənar iclasında növbəti prezident seçkilərini avqustun 9-na təyin edib. Deputatların əksəriyyəti bu qərarın lehinə səs verib. Məlumatı TASS yayıb.

Palata sədri Vladimir And­reyçenko bildirib ki, prezident seçkilərinin ölkə üçün çox böyük əhəmiyyət daşıdığı­nı nəzərə alan deputatlar təşkilati-siyasi məsələlərə məsuliyyətlə yanaşmalıdırlar: “Dövlət başçısı seçkilərinin açıq, demokratik və ölkə konstitusiyasına uyğun keçirilməsi üçün deputatlar bu işi həm parlamentdə, həm də seçki dairələrində apar­malıdırlar”.

Belarusun Mərkəzi Seçki Komissiyasının sədri Liliya Yermoşina isə bəyan edib ki, prezident vəzifəsinə po­tensial namizədlər operativ işləməlidirlər. Çünki təşəbbüs qruplarının qeydiyyata alın­ması üçün sənədlər mayın 15-dək təqdim edilməlidir.

MSK sədrinin sözlərinə görə, namizədlər qeydiyyata alınmaq üçün azı 100 min seçici imzası toplamalıdırlar. Prezidentliyə namizədlərin qeydiyyatı isə iyulun 5-dən 14-dək davam edəcək. Bundan sonra seçkiqabağı təbliğat kampaniyası başla­yacaq.

Yermoşina deyib ki, prezident seçkilərinin hər iki turunun keçirilməsi üçün dövlət büdcəsində 36 milyon Belarus rublu (14,7 milyon dollar) nəzərdə tutulub.

MSK sədri ölkədə koronavirus pandemiya­sının yayılması ilə bağlı məsələyə toxunaraq əlavə edib: “Bu seçki kampaniyası tamam yeni şərtlər daxilində keçiriləcək. Seçkiləri təşkil edənlər, seçki prosesinin bütün iştirakçıları Səhiyyə Nazirliyinin də məsləhətlərinə əməl etməlidirlər”.

Onun sözlərinə görə, MSK və vilayət seçki komis­siyalarının iclaslarının KİV nümayəndələrinin iştirakı olmadan, onlayn rejimdə keçirilməsi planlaşdırılır.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

9 May 2020 20:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə