Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Saakaşvili Ukraynada vəzifəyə təyin edildi

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin rəsmi vəzifəyə təyinatı ilə bağlı fərman imzalayıb.

Turkustan.info xəbər verir ki, sənədlə M.Saakaşvili Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Gürcüstan tərəfi M.Saakaşvilinin Ukraynada hər hansı bir rəsmi vəzifəyə təyinatına kəskin etiraz etmişdi. Ancaq Saakaşvili Ukrayna vətəndaşı olduğuna görə bu etiraz nəticəsiz qalıb. 

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

8 May 2020 10:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə