Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qadınlar arıçılığa maraq göstərir

Arıçılıqla adətən kişilər məşğul olur. Lakin son vaxtlarda qadınların da bu sahəyə marağı artıb. Artıq arıçılıq təsərrüfatı yaradanlar da var.

Çərçivələri yoxlayırlar, yerbəyer edir, arılara qulluq göstərirlər.

Son vaxtlar qadınların arıçılığa marağı artıb. Respublikada arı ailələrinin sayına görə ön sırada olan Zaqatalada adətən kişi fermerlərə rast gəlinirdi. Artıq müəyyən təcrübəyə malik 5 xanım da arıçılıq təsərrüfatı yaratmaq qərarına gəlib.

Arıçılar Assosasiyasının dəstəyi ilə ilk dəfə olaraq qadınlardan ibarət arıçılar Assosasiyasının yaradılmasına və bu sahəyə qadınları cəlb etməyə yönələn yeni bir layihə də həyata keçirilir. "Qadınların işlə təmin olunmasına dəstək" adlı layihə çərçivəsində bundan sonra arıxanalarda kişi sahibkarlarla bərabər qadınları da görmək mümkün olacaq.

Layihənin məqsədi qadınların məşğulluğunu təmin etmək və arıçılıq sahəsini inkişaf etdirməkdir. Fərdi təsərrüfata sahib olan xanımlar əvvəlcə təlimatlandırılacaq və bu sahənin incəlikərinə yiyələnəcəklər. Daha sonra isə qadınlar öz təcrübələrini də əlavə etməklə təsərrüfatlarını genişləndirərək inkişaf etdirəcəklər.

Gələcəkdə 18 yaşdan 28 yaşadək olan "Gənc Arıçılar Assosiasiyası"nın yaradılması nəzərdə tutulub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 Oktyabr 2018 11:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə