Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mourinyo: "Azarkeşsiz stadiona ayaq bassaq..."

“Əgər mövsümün qalan 9 matçını oynasaq, bu hamımız üçün yaxşı olacaq. Normal həyat, hər gün etdiyimiz şeylər üçün daha çox darıxıram”.

Sportline.az xəbər verir ki, bu sözləri “Tottenhem”in baş məşqçisi Joze Mourinyo “Sky Sports”a açıqlamasında deyib.
 Portuqaliyalı mütəxəssis koronavirus pandemiyasına görə dayandırılan Premyer Liqa ilə bağlı danışarkən qeyd edib ki, səbirli olmaq lazımdır:
“Futbol bu həyatın sadəcə bir parçasıdır. Səbirli olmaq lazımdır. Bu, hamımızın içində olan bir savaşdır. Oyunlar azarkeşsiz keçirilsə də, mən bunu qəbul etməyəcəyəm. Futbol heç vaxt azarkeşsiz oynanılmaz. Kameraların olması milyonlarla insanın oyunu izləməsini göstərir. Yəni əgər azarkeşsiz bir stadiona ayaq bassaq, oranın azarkeşsiz olmadığını düşünəcəyik”.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

2 May 2020 12:10 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə