Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya üzrə koronavirusla bağlı son göstəricilər

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı mayın 2-nə olan son statistik məlumatları yayımlayıb. Məlumata görə, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.

Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 124 ölkə üzrə 3 401 190 nəfərdir. Onların içərisində 239 604 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 1 081 639 şəxsin sağaldığı qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

2 May 2020 11:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə