Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU-da EQAS layihəsi onlayn müzakirə edilib

Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, ali təhsil ocaqlarının dayanıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə birgə səylər elektron qaydada davam etdirilir. 

Bunun bariz nümunəsi olaraq Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqamının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi, EQAC” layihəsi çərçivəsində keçirilən virtual    müzakirəsini misal gətirmək olar.

Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) təmsilçisi, Elm və innovasiya şöbəsinin Elmi İnnovasiyalar bölməsinin rəhbəri, EQAC layihəsi üzrə menecer Faina Qaçabəyova sözü gedən virtual görüşə qatılmışdır.

Virtual görüşdə layihə tərəfdaşlardan Azərbaycan üzrə 11 universitetin nümayəndəsi və İsveç Kral Texnologiya İnstitutu, İngiltərənin Middlesex Universiteti, İspaniyanın Alikante Universitetinin ekspertlərinin iştirakı ilə layihə çərçivəsində pilot proqrama dair hesabatın hazırlanması, layihənin plana uyğun olaraq gerçəkləşdirilməsi, gələcək fəaliyyətlər və gündəlik məsələlər müzakirə edilmişdir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 May 2020 10:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə