Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva Hesablama Palatası ilə bağlı təkliflər irəli sürüb

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə Hesablama Palatasının 2019-cu il hesabatı ilə bağlı çıxış edib. O, cənab Prezidentin rəhbərliyi altında koorupsiyaya qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb və Hesablama Palatasının hesabatına dair təkliflər irəli sürüb və deyib:

– Hesablama Palatasının vəzifəsi sadəcə nöqsanları üzə çıxarmaqdan ibarət olmalı deyil. Hesabatda təklif və tövsiyələr hissəsinə diqqətlə baxdım. Bu təklif və tövsiyələrin bir hissəsi illərlə təkrarlanır.

Bu təkliflər ölkə başçısının ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı siyasətinin gücləndirilməsinə xidmət edən təkliflərdir. Ancaq bəzi qurumlar bu təklif və tövsiyələrə əməl etmir. Deməli, ciddi dəyişiklik və islahatlara ehtiyac var. Ona görə də bu təklif və tövsiyələrə əməl etməyən qurumların adlarının açıqlanması vacibdir. Eyni zamanda bu təklif və tövsiyələrə əməl edən qurumlar da açıqlanmalıdır.

Həmkarlarımın vurğuladığı kimi bu sahədə qanunvericilikdə də təkmilləşmələr aparılmalıdır. Bununla dövlət büdcəsinə bərpa edilən vəsaitlərin həcmi də artırıla bilər. Onda növbəti dəfə bu hesabatlarda daha çox pozuntuların azalmasından və büdcəyə daha çox vəsaitin cəlb olunmasından danışa bilərik.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 May 2020 10:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə