Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qanunlara ciddi əməl edilməli, aidiyyəti qurumlar kömək etməlidir

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentdə Uşaq hüquqları ilə bağlı qanuna edilən dəyişikliklərin müzakirəsizamanı18 yaşına çatmayan uşaqlarla bağlı qəbul edilən, amma bu vacib qanunların bəzilərinə əməl edilmədiyini deyib və qurumları bu məsələyə ciddi diqqət ayırmağa çağırıb.

Uşaq hüquqları haqqında qanuna edilən dəyişikliklər barədə danışan Q.Paşayeva alkoqollu, energetik içkilərin və tütün məmulatlarının 18 yaşına çatmayanlara satılmasının düzgün olmadığını vurğulayıb. Alkoqollu içkilərin və tütün məmulatlarının yeniyetmə uşaqlara satılmasının qadağan olunması barədə qanunun olmasına baxmayaraq, buna əməl olunmadığını bildirən Q.Paşayeva həmin məsələ ilə bağlı müvafiq qurumlarla sözügedən qanunun və ya maddələrin işləməsi üçün ciddi müzakirələrə ehtiyac olduğunu deyib. Bildirib ki, indi bu məsələlərin qarşısı alınmasa, bu uşaqların gələcək həyat yolunun hansı istiqamətə yön alacağına kimsə zəmanət verə bilməz. Bu gün bu məsələlərə diqqət ayrılmasa, bizim gələcəyimiz olan gənclərin həyatda düzgün mövqe tutmamalarına zəmin yaradar. Deputat deyib:
– Qanunla qadağan olunsa da, bu gün əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara alkaqollu içkilər, siqaret satılır, məktəbə yaxın yerlərdə tütün məhsulları satılır və onların geniş reklamı gedir, qapalı yerlərdə, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması haqqında qanun demək olar ki, əksər yerlərdə işləmir. Ona görə də qanuna nəzarət edən qurumlarla müzakirələr aparılmalı və qəbul olunan qanunlar həyata keçirilməlidir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 May 2020 10:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə