Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq Prezidentə dərin inam bəsləyir və sonsuz fəxarət duyur

Azərbaycan xalqı özünün sevimli lideri, görkəmli dövlət xadimi Prezident İlham Əliyevin xalqımızın parlaq gələcəyinə xidmət edən müdrik daxili və xarici siyasətini daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Son aylar ərzində bütün dünyanı çənginə alan yeni koronavirus infeksiyası ilə bağlı xalqların və dövlətlərin taleyi üçün ciddi təhlükələr yarananda, dünya ölkələrinin rəhbərləri arasında buna ən çevik və adekvat cavab verənlərdən biri məhz Azərbaycan dövlətinin lideri oldu!

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün səviyyələrdə atılan çevik və operativ addımlar nəticəsində Azərbaycan bu ağır sınaqdan uğurla çıxmaq üzrədir. Bəli, Əlahəzrət Zaman bir daha sübut etdi ki, xalqımız öz liderinə dərin inam bəsləməkdə və onunla fəxarət duymaqda tamamilə haqlıdır. Ən ağır, çətin məqamda xalqının və dövlətinin xilaskarı missiyasını şərəflə yerinə yetirən Prezident İlham Əliyevə əhalinin sevgi və məhəbbəti tükənməzdir. Bu, bügünümüzün və sabahımızın qürurverici həqiqətidir!

Yeri gəlmişkən, ölkə vətəndaşlarının dövlət başçısına olan dərin inam və sonsuz sədaqət hissləri bu günlərdə möhtərəm Prezidentə ünvananan çoxsaylı məktublarda da öz parlaq əksini tapıb.

Maraqlıdır ki, hər bir sözü və sətri səmimiyyət saçan bu məktubları həyəcansız oxumaq qeyri-mümkündür. Bu yazıda öncə xalqımızın gələcəyi olan uşaq və yeniyetmələrin müraciətlərindən söz açmaq istəyirəm. Azərbaycanın ən müxtəlif guşələrindən Prezidentə məktub göndərən məktəbli qız və oğlanların ürək sözləri çox kövrək, təsirlidir.

 

Bakı şəhəri, Binəqədi rayonundakı tam orta məktəblərin birinin yeddinci sinif şagirdi Nəzrin Həsənli yazır: “Hörmətli cənab Prezident! Sizin göstərdiyiniz səylər nəticəsində çox təhlükəli virusun qarşısı tez bir zamanda alındı. Sizin atdığınız məqsədyönlü addımlar bir daha sübut edir ki, Siz və Mehriban xanım Əliyeva daim xalqın yanındasınız. Xalqımızın evdə qaldığı müddətdə insanlara göstərdiyiniz maddi və mənəvi dəstəyə, onların rifahının yaxşılaşdırılması üçün dövlət büdcəsindən ayırdığınız vəsaitə görə çox sağ olun. Azərbaycan Sizinlə gözəldir, cənab Prezident!”

Masallı rayonunun Dəmirçi kənd tam orta məktəbinin səkkizinci sinif şagirdi Nihat Cavadovun ürək sözləri də çox mənalı və düşündürücüdür: “Möhtərəm cənab Prezident! Bu məktubu yazmaqda məqsədim Sizin Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya, xüsusilə də biz şagirdləri düşünərək, təhsildə gördüyünüz böyük xidmətlərə görə dərin təşəkkürümü bildirməkdir. Dərin inamla söyləyirəm ki, bütün Azərbaycan xalqı Sizə dərin sevgi bəsləyir. Pandemiya dövründə biz məktəblilər evdə qalmağımıza baxmayaraq, təhsildən geri qalmır, bir çox vasitələrdə dərslərimizi yüksək səviyyədə davam etdiririk. Evdə qaldığımız bu müvəqqəti günlərdə Sizin qəbul etdiyiniz qərarlarla biz gələcəyə daha uğurla və inamla addımlayırıq”.

Şabran rayonu, Gəndov kənd tam orta məktəbin altıncı sinif şagirdi Şəfa Umudova, Goranboy rayonu, Nizami kənd tam orta məktəbinin səkkizinci sinif şagirdi Gül İbrahimova haqlı olaraq hesab edirlər ki, ölkəmizdə dövlət başçısının xalqımıza göstərdiyi yüksək diqqət və qayğı bu gün dünyanın əksər ölkələrinin rəhbərləri üçün nümunədir.

Qeyd etmək lazımdır ki, məktub müəllifləri arasında qaçqın və məcburi köçkün vətəndaşlarımız da az deyil. Məsələn, Laçın rayonundan olan məcburi köçkün olan Əli Abbasov yazır: “Cənab Prezident! Dünyanı bürümüş koronavirus pandemiyasına qarşı həyata keçirdiyiniz qabaqlayıcı tədbirlərə, planetimizin inkişaf etmiş, aparıcı dövlətləri ilə müqayisədə Azərbaycanı bu bəladan minimum itki ilə xilas etdiyinizə, bu ağır günlərdə gecə-gündüz yorulmadan çalışdığınıza, hər bir vətəndaşa maddi və mənəvi dəstək göstərdiyinizə, əsl valideyn qayğısına görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya özümün və ailəmin adından dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Ulu Tanrı Sizi və Sizin rəhbərliyinizlə xalqımızı qorusun!”

Şəki rayonun eyniadlı kəndindən olan el ağsaqqalı Bayram Zeynalov isə yazır ki, onun 79 yaşım var. Yeni Azərbaycan Partiyasının üzvüdür, ailəliklə dövlət başçısının müdrik siyasətini dəstəkləyir.

Ağsaqqalın məktubunda sonra bu səmimi sözlər qeyd olunur: “Cənab Prezidentim! Bu çətin günlərdə Sizin xalqımıza göstərdiyiniz qayğı ölçüyəgəlməzdir. Sizin kimi görkəmli şəxsiyyətin rəhbərliyi altında yaşamağın özü bir xoşbəxtlikdir. Sizə olan səmimi münasibətimi ifadə etmək üçün söz də tapmıram. Çünki Siz xalqımızı bu qorxulu xəstəlikdən qorudunuz. Dünyanın heç bir ölkəsində vətəndaşa belə böyük qayğı göstərilmədi. Uca Allah Sizi və ailənizi, övladlarınızı pənahında saxlasın!”

Şəmkir şəhərindən Natiq Əliyev, Ağstafadan Ayşən Tağızadədə, Ağcabədidən İqbal Abdullayev əmindirlər ki, xoşbəxtlikdən Azərbaycan dövlətinin başçısına ən ali, ən yüksək mənəvi xüsusiyyətlər, insanlığın ən yüksək zirvəsi bəxş edilib. Məktub müəllifləri qəlblərindən dillərinə axan duyğuları sonra bu sözlərlə ifadə ediblər: “Möhtərəm Prezident! Siz xalqa təmənnasız və böyük fədakarlıqla xidmət edir, onun qayğısına qalırsınız. Əslində, Sizin xalq üçün etdikləriniz gələcəkdə cild-cild kitablarda əks olunacaqdır”..

Xaçmazdan Nuranə Hacımirzəyeva, Qaxdan Məhəmməd Əlləzov, İmişli rayonundan Gülsüm İbrahimovanın da səmimi ürək sözlərini həyəcansız oxumaq olmur. Onlar ürəkdolusu qeyd edirlər ki, xalqımızın sevimli lideri, cənab İlham Əliyevin xüsusi diqqəti və nəzarəti ilə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə pandemiya vəziyyəti nəzarət altına alınmış, insanların COVID-19 virusuna kütləvi yoluxma hallarının qarşısı alınmışdır. Məktub müəlliflərinin fikrincə, bütün bunlar böyük xilaskarlıq missiyasıdır.

Bərdə rayonunun Hacılar kəndinin sakini Cəmaləddin Ağayev də əmindir ki, son illər Azərbaycanın sürətli inkişafında dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin danılmaz xidmətləri olmuşdur. Buna görə o, məktubunda bütün bərdəlilərin adından dövlət başçısına təşəkkür etməyi özünə borc bilir.

Məktubda həmçinin qeyd olunur ki, bu günlərdə Hacılar kəndini yolu təmir edilərək istifadəyə verilib. Artıq sakinlər rayon mərkəzinə daha rahat və qısa vaxt sərf etməklə çatırlar. C.Ağayev sonra yazır: “Ulu öndərimizin sözləri ilə desək, yol mədəniyyət, iqtisadiyyat, bir sözlə həyat deməkdir. Cənab Prezident, bizə bu yolu qismət etməklə, yeni həyat bəxş etdiniz. Hacılar kəndinin bütün sakinləri göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edir”.

Göyçay rayonun Çərəkə kəndinin sakini Ayaz Daşdəmirovun fikrincə, hər bir dövlət başısının gücü, bacarığı ən çətin məqamlarda daha bariz şəkildə üzə çıxır. Dünyada, o cümlədən ölkəmizdə pandemiya təhlükəsinə qarşı görülən tədbirlər nümayiş etdirdi ki, Azərbaycan Prezidentinin dünya liderləri içərisində xüsusi nüfuz və hörmətə sahib olması təsadüfi deyil. Azərbaycan xalqının lideri gücünü xalqdan alır. O, hər zaman xalqının yanındadır, əhalinin qayğı və problemlərinin həlli üçün əlindən gələni edir. Məktubda sonra bu sözlər qeyd olunub:

“Hörmətli cənab Prezident, gördüyünüz bütün işlərə görə şəxsən öz adımdan və ailəmin adından Sizə təşəkkürümü bildirirəm. Siz öz parlaq əməllərinizlə Azərbaycan xalqının qəlbində daim yaşayacaqsınız. Sizə və ailə üzvlərinizə dünyada ən qiymətli nemət olan cansağlığı arzulayıram.

Abşeron rayonunun sakini Amil Eyvazlı, Cəbrayıldan Yolçu Əliyev ümid edirlər ki, dövlət başçısının müdrik liderliyi ilə xalqımız ən yaxın günlərdə bu ağır bəladan tamamilə xilas olacaq, həyat əvvəlki kimi, öz normal axarına düşəcək.

Azərbaycan xalqı qədibilən xalqdır, heç vaxt yaxşılığı yaddan çıxarmır. Tovuz rayonundan Kamal Ələsgərov və Elqam Tağıyev birgə qələmə aldıqları məktub məhz minnətdarlıq duyğuları üzərində köklənib. Onlar yazırlar:

“Çox hörmətli Prezident! Siz bu həssas məqamda xalqımızı nəinki bu bəladan qorudunuz, həmçinin vətəndaşların rifahı üçün 3,5 milyard manatlıq sosial yardım paketi ayırdınız. Bu yardım proqramı Sizin və Mehriban xanım Əliyevanın xalqın rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin əyani təcəssümüdür. Bu qayğıya görə Allah Sizləri pənahında saxlasın!”

O dövlət güclüdür ki, orada xalqla iqtidar arasında sarsılmaz birlik və həmrəylik mövcuddur. Müstəqil Azərbaycan dövlətinin, onun liderinin parlaq uğurları ölkəmizdə xalqla iqtidar arasında yaranmış sarsılmaz birlikdən qaynaqlanır. Azərbaycan xalqı öz Prezidentinə inanır, güvənir və haqlı olaraq onunla fəxr edir!

M.HACIXANLI, “Xalq qəzeti”

2 May 2020 04:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2021 | 09:08
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə